Sosial şəbəkədə biz:

“İnter” “Milan”ı məğlub edərək Superkuboku qazandı

19 January 2023, 08:50
Gündəm

İtaliya Superkubokunda qalib bəlli olub.

Həlledici matç Milan şəhərinin iki komandası arasında keçirilib.

Milanlıların duelindən "İnter" qalib ayrılıb. Səudiyyə Ərəbistanının Kral Fəhd Beynəlxalq Stadionunda baş tutan qarşılaşmada "Milan" 10-cu dəqiqədə Di Markonun vurduğu qolla hesabda geriyə düşüb. 21-ci dəqiqədə Edin Dzeko "İnter"i 2 top fərqi ilə önə keçirib.

Matçda son nöqtəni Argentinalı Lautaro Martinez qoyub. Onun 77-ci dəqiqədə vurduğu qol yekun hesabı təyin edib – 3:0.