Sosial şəbəkədə biz:

"Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil" - NAZİR

20 January 2023, 11:02
Gündəm

"Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil".

Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, COVID-19 əleyhinə olan vaksinlər məhz həmin virus üçün idi.

"Əminliklə deyə bilərik ki, üç doza vaksin alanlar koronavirusun yeni yaranan ştamlarına qarşı qoruyuculuğa malikdirlər. Onlar yoluxsa belə, xəstəliyi yüngül keçirirlər".