Sosial şəbəkədə biz:

"Accessbank"ın iddiası rədd edildi

28 January 2023, 11:39
Gündəm

Bakı Kommersiya Məhkəməsində "Accessbank" ASC-nin Respublika Xammal və Əmtəə Birjasının "Külək" MMC-yə qarşı iddiasına baxılıb.

Hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, bankın iddiası rədd edilib.

Qeyd: "Accessbank" MMC-ni məhkəməyə verərək sair işlər və digər məsələlər barədə tələb irəli sürüb.