Sosial şəbəkədə biz:

Sərbəst güləş üzrə Fransa yığmasında yalnız etnik çeçenlərdir

13 March 2023, 17:26
Gündəm

Gənclər arasında Avropa çempionatında (U23) mübarizə aparacaq Fransanın kişilərdən ibarət sərbəst güləş yığması yalnız etnik çeçenlərdən ibarətdir.

Bu barədə xarici KİV Fransa güləş federasiyasına istinadən məlumat yayıb.

Qeyd edilir ki, iştirakçı ərizəsinə Adam Bibulatov (61 kq-a qədər), Xamzat Arsamerzuev (65), Məhəmməd-Amin Sanqariyev (70 kq), Maqomed Deliev (74 kq), Rəhim Maqomadov (86 kq) və Adlan Vişxanov (92 kq) daxil edilib.

Qeyd edək ki, Avropa çempionatı martın 13-dən 19-dək Rumıniyanın Buxarest şəhərində keçiriləcək.

AzVision.az