Sosial şəbəkədə biz:

Minatəmizləmə əməliyyatlarına 4 yerli özəl şirkət cəlb olunub

18 March 2023, 09:00
Gündəm

Təbii olaraq genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin vacibliyini nəzərə alaraq Minatəmizləmə Agentliyi lazımi maddi-texniki resurslarla təmin olunub.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

Baş nazir bildirib ki, həmin ərazilərdə minatəmizləmə əməliyyatlarına ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və 4 yerli özəl şirkət də cəlb olunub.

“Görülən tədbirlər nəticəsində ümumilikdə 65 min hektar, o cümlədən 2022-ci ildə 44 min hektar ərazi təmizlənmişdir”, - deyə o əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.