Sosial şəbəkədə biz:

Baş nazirdən etiraf: “Əks-hücuma hazır deyilik”

12 April 2023, 17:26
Gündəm

“Ukrayna Silahlı Qüvvələri yay aylarında əks-hücuma keçə bilər”.

Bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib.

Onun sözlərinə görə, hazırda Ukrayna ordusu həmin əməliyyata tam hazır deyil.

“Bütün dostlarımız və tərəfdaşlarımız yaxşı bilirlər ki, əks-hücuma keçmək üçün yüz faiz və ya ondan da artıq hazır olmaq lazımdır”, - Şmıqal bildirib.

Baş nazir qeyd edib ki, Ukrayna əks-hücumun başlamasını sürətləndirmək üçün Qərbdən təzyiq hiss etmir, amma onun fikrincə, bu cür təzyiq ukraynalıların özlərindən gəlir.