Sosial şəbəkədə biz:

Daha bir Azərbaycan əsgəri saxlanıldı - MN

13 April 2023, 14:14
Gündəm

Ermənistan Müdafiə Nazirliyi daha bir Azərbaycan əsgərinin saxlandığını açıqlayıb.

Bu barədə erməni Teleqram kanalları məlumat yayıb.
“Bu gün saat 01:00-dan 02:00-a kimi Ermənistan ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi aşkar edilərək saxlanılıb”, - deyə Ermənistan Müdafiə Nazirliyindən bildiriblər.Erməni tərəfi Azərbaycan əsgərinin harada və hansı şəraitdə saxlandığını açıqlamayıb.
Qeyd edilib ki, saxlanılan əsgərin yanında daha bir əsgər olub, hazırda onun axtarışları davam edir.
BakuPost