Sosial şəbəkədə biz:

“Bəzi kişilər qadına əşya kimi baxır” - Günel

25 April 2023, 09:13
Gündəm

“Bəzi kişilər qadınlara əşya kimi baxır…”

Bu sözləri canlı yayımda müğənni Günel Məhərrəmova deyib.

Sənətçi canlı yayımda aparıcı Zaur Kamalın qısqanclıqla bağlı sualını cavablandırıb.

Müğənni  fikirlərini bölüşüb və ifrat qısqanclığa qarşı çıxdığını deyib:

“İndi baxıram, bəzi kişilər qadına əşya kimi baxır. Fikir vermişəm, son zamanlar, xüsusən bu hal artıb. Qadını mənimsəyirlər, “nə deyirəm, o olmalıdır” fikri ilə yaşayırlar. Amma qadının azadlığı olmalıdır. Onu sıxmaq olmaz, qadını bir az sərbəst buraxmaq lazımdır. Axı o da bir xanımdır, qadındır”.