Sosial şəbəkədə biz:

"Ben Bilmem Eşim Bilir"dəki azərbaycanlıların gülməli anları... - VİDEO

Türkiyənin tanınmış yarışma proqramında azərbaycanlılar yarışıb.
ANS PRESS-in məlumatına görə, Kanal D-nin ən baxımlı verilişi "Ben Bilmem Eşim Bilir"də azərbaycanlı cütlüklər qonaq olublar.
İlker Ayrıkın təqdim etdiyi yarışma proqramında bir-birindən maraqlı anlar yaşanıb. Yarışma zamanı azərbaycanlı xanımların həyat yoldaşlarına yolu izah etmələri və işlətdikləri ifadələr izləyiciləri qəhqəhəyə boğub.
Gözü bağlı yarışan bəylərə təkcə xanımları deyil, həm də aparıcı köməklik edib. Maneələri dəf edən iştirakçılar böyük mükafat üçün gərgin mübarizə aparıblar.
Qeyd edək ki, "Ben Bilmem Eşim Bilir" Türkiyənin ən reytinqli proqramlarından sayılır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol