Paşinyan sülhdən niyə qorxur? - ŞƏRH
"Ermənistanın Baş naziri Nikol Paşinyan “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” deyərkən nədən sülh sazişinin imzalanmasını yubatmağa çalışır?
Məsələ burasındadır ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sazişə imza atan kimi Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılması daha da aktuallaşacaq və Kreml rusiyalı hərbçilərin Azərbaycan ərazisində qalma müddətini uzada bilməyəcək".
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq əlavə edib ki, Paşinyan bundan qorxur:
"Ona görə məsələni uzatmağa çalışır. Ancaq Paşinyan və onun hökumət üzvləri onu da anlayırlar ki, il ərzində sülh sazişini imzalamasalar yeni müharibə ilə üzləşəcəklər və bu onlara daha böyük problemlər yaradacaq".