Sosial şəbəkədə biz:

Azərbaycan bayrağının yandırılmasına görə Ermənistanın ərizəsi rədd edilib

13 June 2023, 14:37
Gündəm

Ermənistanın 2024-cü il ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək barədə ərizəsi rədd edilib.

Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının təmsilçisi Anar Hüseynov "Trend"ə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Ermənistanın ərizəsinin rədd olunmasına səbəb Avropa çempionatının açılışı günü Yerevanda Azərbaycan bayrağının yandırılmasıdır. 

“Bayrağımıza bu cür açıq-aşkar hörmətsizlik cəzalandırılmalı idi. Həmin gün biz beynəlxalq qurumlara, federasiyalara müvafiq məktublar göndərərək ermənilərin əməllərinin həm mənəvi, həm də hüquqi cəhətdən pislənməsini tələb etdik”, - deyə Hüseynov bildirib. 

O həmçinin qeyd edib ki, Azərbaycan Ağır Atletika Federasiyasının əsas məqsədi Ermənistanı 2024-cü il çempionatı təşkil etmək imkanından məhrum etmək olub və “ermənilərin bu çempionatın keçirilməsinə praktiki olaraq zəmanət vermələrinə baxmayaraq” ərizəyə rədd cavabı verilib.

Beynəlxalq Ağır Atletika Federasiyasının qərarına əsasən, 2024-cü ildə ağır atletika üzrə dünya çempionatı Bəhreynin paytaxtı Manamada keçiriləcək. Digər iki namizəd isə Ermənistanın paytaxtı İrəvan və Albaniyanın paytaxtı Tirana idi.

Aprelin 14-də Yerevanda ağır atletika üzrə Avropa çempionatının açılışı günü Azərbaycan bayrağını Ermənistan İctimai Televiziyasının dizayneri Aram Nikolyan yandırıb. Həmin gün o, polisə gətirilib və sonra buraxılıb. Nikolyan bu addımı “ermənilərin bəzi vəziyyətlərlə barışmadığını” göstərmək üçün atdığını bəyan edib.