Sosial şəbəkədə biz:

Tatarıstanın Rəisi Rüstəm Minnixanov Azərbaycana səfərə gəlib

17 June 2023, 10:42
Gündəm

Rusiyanın Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov iyunun 17-də Azərbaycana səfərə gəlib.

Zəngilan Beynəlxalq Hava Limanında R.Minnixanovu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Pülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.