Sosial şəbəkədə biz:

Su 21 manat, çörək 7 manat... - Məşhur istirahət mərkəzində şok qiymətlər

10 August 2023, 19:54
Gündəm

Azərbaycanda məşhur istirahət mərkəzlərindən biri olan "Amburan Beach Club"da qiymətlər müştəriləri heyrətə salıb. Azinforum.az Bakupost.az-a istinadla bu barədə sosial şəbəkədə foto paylaşılıb.

Belə ki, sözügedən istirahət mərkəzində 0.75 litrlik qazsız sirab üçün 21 manat, 0.33 litrlik kolaya görə 33 manat, çörək üçün 7 manat 50 qəpik tələb edilib.

Qəlyan üçün isə müştər 264 manat ödəməli olub.