Sosial şəbəkədə biz:

“Ben bilmem, eşim bilir”də iştirak etdiyi üçün AzTV-dən qovulur

Türkiyədə yayımlanan “Ben bilmem, eşim bilir” yarışmasında qalib olan AzTV-nin “Xəbərlər” proqramının aparıcısı Vüsalə Səidi və həyat yoldaşı kanal rəhbərliyi tərəfindən cəzalandırılıb. Bu barədə “Qafqazinfo”ya AzTV-dən məlumat daxil olub. Məlumatda qeyd edilir ki, aparıcı və həyat yoldaşı sözügedən proqramda rəhbərliyin icazəsi olmadan iştirak edib. Buna görə də, AzTV rəhbəri Arif Alışanovun tapşırığı ilə qalib cütlükdən işdən çıxmaları ilə bağlı izahat alıb. Məsələ ilə bağlı “Qafqazinfo”  Vüsalə Səidi ilə əlaqə saxlayıb. O, bu barədə danışmaq istəmədiyini deyib. Qeyd edək ki, AzTV Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova da səhər saatlarından sözügedən məsələ ilə bağlı açıqlama verəcəklərini bildirsə də, hələ də kanaldan "Qafqazinfo"ya hadisə ilə bağlı heç bir məlumat verilməyib. *** Xəbər saytda yayımlanandan sonra Xatirə Qasımova "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildirib ki, bu barədə onlarda heç bir məlumat yoxdur: "Biz aparıcıdan izahat alınması məsələsini ilk sizdən eşidirik".  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol