Avropa Parlamenti Qubad İbadoğlu barədə qətnamə qəbul etdi
Avropa Parlamenti həbsdə olan Azərbaycan Demokratik və Rifah Partiyasının sədri Qubad İbadoğlunun işi ilə bağlı böyük səs çoxluğu ilə qətnamə qəbul edib.
Bu barədə sentyabrın 14-də Qubad İbadoğlunun qardaşı Qalib Bayramov "facebook" hesabında məlumat yayıb.
Onun sözlərinə görə, qətnamə səsverməsində 569 parlamentari iştirak edib. Onların 539-u qətnamənin lehinə səs verir, 24 nfər bitərəf qalıb və 6 nəfər isə qətnamənin əleyhinə səs verib.
"Kobud insan haqları pozuntularına yol vermiş Azərbaycan rəsmilərinə Avropa Birliyinin Qlobal İnsan Haqları Sanksiya Rejimi çərçivəsində sanksiya tətbiq etməyə çağırış olunub", - Qalib Bayramov açıqlamasında bildirib.Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi siyasətçinin ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.