Sosial şəbəkədə biz:

Xaçmazda sel: körpü tam dağıldı, rayonla əlaqə kəsildi - Maşın çaya düşdü, yaralılar var (FOTOLAR)

15 September 2023, 10:10
Gündəm

Xaçmaz şəhərindən keçən Qudyalçay çayının üzərindəki körpü tamamilə dağılıb.

Məlumata görə, ilkin ehtimala görə, hadisə nəticəsində "VAZ-21011" markalı minik avtomobili çaya düşüb.

Hadisə yerinə cəlb olunan FHN-nin xilasediciləri sel sularınin içərisindən xəsarət alan 2 nəfəri xilas ediblər.

Qeyd edək ki, Xudat şəhər və ətraf kəndlərin Xaçmaz şəhəri və Bakı istiqaməti ilə nəqliyyat əlaqəsi tam kəsilib(Report).

img
img
img
img