Elçin Əmirbəyov BBC-yə: “Ermənilərin köçməsindən məmnun deyilik”
BBC radiosunun efirində etnik erməni əhalinin Qarabağ bölgəsindən köçməsi məsələsi müzakirə olunub. Proqrama qoşulan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, bu prosesi heç bir halda “etnik təmizləmə” adlandırmaq olmaz. Azərbaycan bu haqda iddiaları qəti şəkildə inkar və rədd edir.
Elçin Əmirbəyov deyib ki, Azərbaycan regionda əmin-amanlığın olmasını istəyir. Azərbaycan hakimiyyəti erməni əhalinin təhlükəsizliyinin təmin olunması üçün çalışır. Son 4-5 gündə atılan addımlar, o cümlədən, ermənilərə humanitar yardımlar da bunun göstəricisidir.