Sosial şəbəkədə biz:

Gələn həftə Naxçıvan Ali Məclisinin iclası keçiriləcək

30 September 2023, 08:15
Gündəm

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyası öz işinə başlayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 1.5-ci maddəsinə əsasən Ali Məclisin payız sessiyası oktyabrın 2-si saat 11:00-da öz işinə başlayacaq.

Ali Məclisin payız sessiyasının ilk iclasında 2023-cü il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, “Normativ-hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər, Ali Məclisin İntiazm Komissiyasının tərkibində dəyişikliklər və digər məsələrin müzakirə edilməsi nəzərdə tutulur.