Sosial şəbəkədə biz:

Separatçıların sabiq başçıları dünən Qarabağdan çıxıb

02 October 2023, 10:39
Gündəm

Ermənistan mətbuatının məlumatına görə, Qarabağdakı separatçı rejimin üç sabiq başçısı Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan oktyabrın 1-də Ermənistana gəliblər.

Belə ki, qeyri-qanuni rejimin sonuncu rəhbəri Samvel Şahramanyan isə ölən və itkin düşənlərin qalıqlarının tapılması üçün axtarış-xilasetmə işləri başa çatana qədər Qarabağda qalacaq.