Sosial şəbəkədə biz:

Ramiz Mehdiyev təsdiqlədi: Bank BTB ailəmizindir

10 October 2023, 16:25
Gündəm

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu deyilən Bank BTB-nin satışa çıxarıldığı ilə bağlı məlumatlar yayılıb.

Manset.az xəbər verir ki, bankın artıq satılmaq üzrə olduğu və qiymət məsələsinin Ramiz Mehdiyevlə razılaşdırılacağı bildirilib. 

Ramiz Mehdiyev açıqlamasında Bank BTB-nin onlara aid olduğunu təsdiq edib: "Mənim bankım yoxdur. Oğlumun adınadır, o da idarə edir. Bu da indinin məsələsi deyil"

O dəqiləşdirib ki, bank oğlu general Teymur Mehdiyevin yox, xanımının adınadır.

"Satılmayıb, satışda da deyil. Bu məlumatlar yalandır. Belə yalan məlumatlar hardan çıxır bilmirəm".