Sosial şəbəkədə biz:

Bir minanın zərərsizləşdirilməsi neçəyə başa gəlir?

05 November 2023, 00:40
Gündəm

"Əgər beynəlxalq təşkilatlar Azərbaycana kömək etməsə, bizim ərazilərimizin minadan təmizlənməsinə təxminən 1,5 milyard manatdan çox vəsait lazım olacaq. BMT-nin hesablamalarına görə, 1 minanın zərərsizləşdirilməsi 300-1500 dollara başa gəlir”. 

Bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. 

"Hesablamalara görə, ərazilərimizin minadan çirkənləməsi ÜDM-in bir il ərzində azı 1 milyard manata yaxın itki ilə üzləşməsi deməkdir. Hətta sülh müqaviləsi imzalasaq da, hər bir minanın partlaması cəmiyyət daxilində sosial və eyni zamanda mənəvi problemlər yaradır. Bu, fəlakət və faciədir. 10-15 il sonra partlayan hər bir mina Azərbaycan və Ermənistan arasında etimad mühitini zədələyəcək", - deyə komitə sədri bildirib.