Sosial şəbəkədə biz:

“Azİmport” şirkəti sahibinin yaxın qohumları da saxlandı

“Azİmport” şirkətinin sahiblərindən biri olan Azər Əsgərovun yaxın qohumları və şirkətin mühasibi Niyaz Orucov saxlanılıb. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, şirkətin bütün əmlakı və mülkiyyəti məhz bu adamların adına sənədləşdirilibmiş. Qeyd edək ki, DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları dünən “Azİmport” şirkətinin rəhbərləri Rəşad Məmmədovu və Azər Əsgərovu saxlamışdılar. Şirkətin faktiki sahibi olan R.Məmmədov hələ də “bandotdel”in təcridxanasındadır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol