Sosial şəbəkədə biz:

Həmid Herisçi xəstəxanadan evə buraxıldı

03 February 2024, 08:51
Gündəm

Tanınmış azərbaycanlı aparıcı Həmid Herisçi xəstəxanadan evə buraxılıb.

Bu barədə onun həyat yoldaşı İlhamiyyə Rza məlumat verib.

"Bu gün bir az daha yaxşıdır. Lakin çox zəifdir. Ciddi reabilitasiyaya ehtiyac var".

Xatırladaq ki, Həmid Herisçi bir neçə gün öncə qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.