Sosial şəbəkədə biz:

Bakıdakı Avropa Qran Prisinin sərbəst yürüşündə qəza baş verdi

17 June 2016, 15:37
Gündəm
Bakıda keçirilən Formula 1 üzrə Avropa Qran Prisinin sərbəst yürüşü zamanı qəza baş verib. "Report"un məlumatına görə, hadisə trekin 15-ci döngəsində yaşanıb. "Red Bull Racing" komandasının pilotu Daniel Rikkardo dönmə əməliyyatını doğru yerinə yetirməyib. Nəticədə bolidin arxa və ön sağ təkərləri sıradan çıxıb. Qəzada xəsarət almayan pilot mübarizəni dayandırıb.