Sosial şəbəkədə biz:

Ramiz Taxvelinin anası oğlunun ölümü ilə bağlı məlumatı təsdiqlədi

03 April 2024, 16:30
Gündəm

Arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən “Buta Palace”ın keçmiş art-direktoru Ramiz Taxvelinin psixiatriya xəstəxanasında dünyasını dəyişdiyi ilə bağlı təfərrüat məlum olub.

Bu barədə 1news.az-a danışan Ramiz Taxvelinin anası Gülarə Məmmədova oğlunun ölüm xəbərini təsdiqləyərək onun indi deyil, bu ilin yanvar ayının əvvəlində dünyasını dəyişdiyini bildirib.