Sosial şəbəkədə biz:

Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir

Müstəqil Azərbaycanın bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilməsi heç də yalnız, respublikanın zəngin təbii sərvətləri va intellektual resursları ilə şərtlənmir. Bu ölkəmizdə həmişə təhsilin, inkişafın özəkdə və diqqət mərkəzində olmasından irəli gəlir.
Hər bir xalqın müasir dünyada özünə layiqli yer tutmasının mühüm göstəricilərindən biri yüksək ədalət anlayışının ifadəsi olan hüquq prinsiplərinə və onun ali məcmusu olan qanunlara münasibətidir. Və bunların içərisində inkişaf etmiş bir ölkədə oxumaq arzusunda olan şagirdlərin rifah və şəraiti qənaətbəxş olan təhsil ocaqlarında oxumağı da vardır. Həmçinin söz azadlığı,insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi, bərabərlik hüququ, azadlıq, yaşamaq, mülkiyyət və əqli mülkiyyət, təhlükəsiz yaşamaq və.s hüquqlar da vardır.
Böyük dövlət xadimi, müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi möhtəşəm islahatlar sırasında insan hüquqları sahəsi mühüm yer tutur. Totalitar sistemin iflasından sonra, bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da bir müddət hüquqi boşluq yarandı. Bu isə ölkədə hüquqi nihilizmə, qanunsuzluğa və məsuliyyətsizliyə yol açdı.
Xalqımızın haqlı olaraq Qurtuluş Günü kimi dəyərləndirdiyi 1993-cü ilin 15 iyununa qədər ölkəmizdəki ictimai-siyasi vəziyyətə qısa nəzər salsaq, burada üç dağıdıcı qüvvənin - xarici düşmənlərin müdaxiləsinin, daxili irtica qüvvələrinin və antikonstitusion proseslərin baş qaldırdığını görürük.
Xalqımızın taleyində sovet imperiyasının çökməsi ilə ortaya çıxmış gözəl şansı- yeni müstəqil hüquqi dövlət quruculuğunu ən ciddi təhdid edən qüvvə bunlardan məhz üçüncüsü - ölkədə qanunsuzluq mühitinin formalaşması idi. Heydər Əliyevin rəhbərliyi ilə hələ keçmiş sovet dönəmində yaradılmış və qüvvəyə minmiş Konstitusiyanın əsas müddəaları əhəmiyyətini itirmiş, lakin yenisi isə hələ yaradılmamışdı. Dövlətin və xalqın siyasi varlığı isə yalnız hüquqi təməl üzərində yaşaya bilər. Bu vəziyyət müəyyən kütlənin təhsildən kanar olmasına, azadlığın nə olduğunu dərk etmiyəcək, oxumağın yalnızca bəzi məlumatları əzbərləmək olduğunu düşünən, əsil Azərbaycan mentalından təmami ilə uzaq olan bir kütlənin meydana gəlməsinə gətirib çıxartdı. Mövcüd olan çətin vəziyyətə vaxt ilə son qoysalar da, təhsilsiz, idealogiyası müasir, azad Azərbaycan xalqının ideologiyasından uzaq olan və hazırda Azərbaycanın mental dəyərlərinə zidd olan kütlə də, təəssüf ki, qalmaqdadır.

Ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər ölkəmizdə güclü inkişaf müşahidə olunur və Azərbaycan inkişaf dinamikasına görə dünya ölkələri sırasında öndə gedir. Prezident İlham Əliyevin təbii sərvətlərdən yüksək texnologiyalara aparan iqtisadiyyatın formalaşması siyasəti öz bəhrələrini verməkdədir. Bunun nəticəsidir ki, son 3 ildə qeyri-neft sektorunda artım tempi təqribən 11-15 faiz olaraq, ümumdünya orta iqtisadi artım tempini 2-3 dəfə üstələyir.
Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi sübut edir ki, elm, təhsil və iqtisadiyyatı əhatə edən sistemli siyasət hər bir ölkənin davamlı və dayanıqlı inkişafının başlıca təminatçısıdır..
Hər dəfə xalqımızın tarixində silinmaz və danılmaz yeri olan böyük simaların, müdrik insanların sırasına nəzər salanda Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevin yeri ön cərgədə görünür. Bu, bəlkə, xalqın və onun tarixinin ən böyük qazanclarından biridir. Heydər Əliyev böyüklüyü ondan irəli gəlir ki, o, xidmətləriylə bu xalq üçün, bu dövlət üçün etdikləriylə xalqı tərəfindən bütün zamanlar üçün birinci olmaq haqqını qazanıbdır.
Dünyamıza nəzər salsaq, görərik ki, inkişaf edən ölkələrin hər biri hansısa prinsiplərə söykənərək bugünkü səviyyəyə gəlib çatıb. Məsələn, Hindistan Mhatma Qandinin müəyyən etdiyi prinsiplərə söykənərək inkişaf edir. ABŞ bu ölkənin bani atalarının, İstiqlaliyyət Bəyannaməsini ortaya qoyanların müəyyən etdiyi xətti əsas götürür. ABŞ İstiqlaliyyət Bəyannaməsi Amerika dövlətinin və xalqının söykəndiyi prinsipləri özündə əks etdirir, eyni zamanda bu ölkə yaranarkən ortada olan ənənələr, irəli sürülən prinsiplər hələ də ana prinsiplər olaraq qalmaqdadır. Baxmayaraq ki, Böyük Britaniya konstitusiyalı monarxiyadır, bu ölkə də tarixdən gələn ideoloji prinsiplərə söykənir. Qardaş Türkiyə Respublikası Atatürkçülük prinsiplərinə söykənir. Türkiyədə na qədər siyasi partiyalararası dartışma, hakimiyyət dəyişikliyi və s. baş versə də, Atatürkün müəyyən etdiyi prinsiplər daim yaşayır. Müasir Azərbaycanda dövlət quruculuğununda isə iqtisadi tərəqqinin, siyasi sabitliyin, ictimai şüurun banisi olan Heydər Əliyevin prinsiplərinə söykənən Azərbaycan Respublikasında təhsil həmişə diqqət mərkəzində olmuşdur. Belə ki, Heydər Əliyev həm də Azərbaycan elminin böyük hamisi idi. Elmə, təhsilə, alimlərə, ziyalılara həmişə yüksək qiymət verirdi. Respublikaya birinci və ikinci rəhbərliyi dövründə Azərbaycan elmi, təhsili dünya elminə birbaşa inteqrasiya olunmaq imkanı qazandı, cəmiyyət həyatına, onun tərəqqisinə xidmət edən fundamental kəşflər edildi. Hələ ötən əsrin 70-ci illərində Elmlər Akademiyası Heydər Əliyevin böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı, özünün kadr potensialını, texniki arsenalım yaratdı. İndi hamı belə bir tarixi gerçəkliyi təsdiq edir ki, Heydər Əliyev rəhbər vəzifədə olmadığı illərdə akademiyanın məhv olmaq təhlükəsi var idi. Ümummilli lider 1993-cü ildən xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan elmi yenidən dirçəliş yoluna qədəm qoydu. Naxçıvandan Bakıya dönən Heydər Əliyevin ilk görüş yeri kimi Elmlər Akademiyasını seçməsi də təsadüfi deyildi. Bununla dövlətçilik ənənələrini sistemli şəkildə davam etdirən görkəmli dövlət xadimi kimi yeni yaratmağa başladığı müstəqil dövlətin bünövrəsinin elmi sütunlar üzərində qurulduğunu, intellektual potensiala arxalandığını ictimai fikrə çatdırdı. Bu, bir tərəfdən Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi çox görkəmli Heydər Əliyevin Azərbaycan elminə, intellektinə böyük hörmətinin təsdiqi idisə, digər tərəfdən respublika ziyalılarının Heydər Əliyev şəxsiyyətinə sonsuz inam və yüksək etimadının bariz nümunəsi idi.
Prinsipinin təməlində təhsil duran ölkədə yaşamağımıza baxmayaraq hələ də təhsilsiz bir kütlə, baxımsız təhsil ocaqları, məktəbsiz dağlıq kəndləri, çatışmayan vəsaitlər, düzgün olmayan imtahan resursları və. s də var.
Müəyyən bir yaşa çatmış və nəslini davam etdirmək ümidi ilə ailə həyatı quran insanlar təəssüflər olsun ki, uşaqlarına təhsilin məktəbdə müəyyən düsturları əzbərləmək olmadığını başa sala bilmir, hətta bəzi valideynlər dediyim diqqətsizlikdən daha böyük bir səhv - uşaqlarına təhsil velə vermirlər. Az yaşlı uşaqlar sosial media qurbanı olur, dərsdən yayınır. Erkən nigah son zamanlarda sıx görünən problemlərdəndir, məktəbli şagirdlərin erkən nigahahda olmasında bəzən "onun rızası var" ifadəsi işlədilir, əgər bu belədirsə, şagird uşaq yaşlarından təhsildən kənar qalıb, azadlığın və təhsilin önəmini dərk edə bilməyib və bu həmin təhsilsiz valideynlərin günahıdır. Ana və ata təhsilsiz və avam olanda qurbanları isə onların uşaqları olur. Kəndlərdə, əsasən dağlıq kəndlərində şəraiti olmayan məktəblər isə qaçınılmazdır. Qış aylarında uşaqlar qışlıq paltoları ilə dərs dinləyirlər, yay aylarında isə sərinləşdirici az hallarda olur. Bütün dərslik vəsaitləri uşaqların hamısına çatmır, həvəs qırıcı bir vəziyyət yaranır, elektron lövhələrdən, müasir dərs texnikalarından söz belə açıla bilməz. Lazımı şəkildə stol və stul, təmirli otaq az hallarda kənd məktəblərində olur. Bəzi dağlıq kəndlərində gənc nəsil qaz, ışıq, yol və.s sıxıntılara görə kəndi tərk edir, bu da kənddə insan sayının azalmasına və orta təhsil alan uşaqların sayının azalmasına, bu isə uşaq azlığı səbəbindən kənd məktəbinin bağlanmasına və uşaq və müəllimləri qonşu kəndlərə yönləndirilməsinə gətirib çıxarır. Qış - payız aylarında yol şəraitini nəzərə alsaq, az gəlirli ailələr üçün bunu görmək və hiss etmək çətin deyil, düşünürəm ki, Azərbaycanlı bir gənc şəraiti olmayan, müəyyən sıxıntılar ilə üzləşməli olduğu məkanda uzun müddət qala bilər, ancaq Azərbaycanlı bir gəncin ruhu təhsilsiz qala bilməz.Çünki bu təhsil ona ulu öndərlərindən çətin, mürəkkəb, mübarizə yolu gəlib çatmışdır. Bu və ya bu kimi halları özəyində təhsil duran bir ölkədə görmək məndə təəssüf hissi doğurdu.
Mən 11 - ci sinif şagirdi Quluyeva Nəzrin Qulu qızı öz kəndimizdə bu kimi hallar az yaşansa da, digər kənd və şəhərlərdə hüquqsuz qalan, bizim kimi təhsil ala bilməyən, müəyyən səbəblərdən- valideyn diqqətsizliyi səbəbindən təhsildən yayınan həmyaşıdlarımın vəziyyətini dilə gətirməmək məndə narahatçılıq hissi və təhsil və azadlıq üçün bu cür mübarizələrdən keçən bir ölkədə yaşamağımıza bağmayaraq bu cür fikirlər yazmaq isə təəssüf hissi doğurdu, yaxın zamanda bu kimi hallara tədbir görüldüyü üçün məqalə yazmağı ümid edirəm.

Nəzrin Quluyeva


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol