Sosial şəbəkədə biz:

Yanan binada təxribat var?

"Azadlıq" metrosunun yanındakı 16 mərtəbəli binanın yanmasının səbəblərini müvafiq qurumlar yəqin ki, ətraflı və operativ araşdıracaq". Azinforum.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, burada təxribat ehtimalını da istisna etməyib: "Allah etsin ki, ölüm, xəsarət olmasın. İnsanlara yazıq oldu, bir neçə acgözün pul qazanması səbəbinə ikinci binadır ki, sakinlərinin həyatı alt-üst olur. Yəqin ki, burada təxribat ehtimalından da danışılacaq. Ən maraqlısı da budur ki, təxribatçının kim olduğu yenə də diqqətdən kənarda qalacaq. Ancaq bunu tapmaq üçün bir məktəbli uşağın da ağlı kifayət edər. Konkret sual qoyursan və cavab verirsən: Bu və ya başqa binaların üzünə oda davamlı olmayan bu materialların vurulmasına kim göstəriş verib? Əlbəttə, əclaf ermənilər!".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol