Sosial şəbəkədə biz:

Qohum toyunda təmənnasız oxuyanlara vergi iddiası - Video

12 July 2016, 23:32
Gündəm
Bəzi müğənnilər dost-tanışlarının toyunda təmmənnasız oxumalarına görə onlara vergi borcu yükləndiyini iddia edirlər. Bu məsələ şou-biznes nümayəndələrinin pulsuz ifalarının vergiyə cəlb edilib-edilməməsini gündəmə gətirir. Vergilər Nazirliyindən bildirilib ki, müğənninin həqiqətən pulsuz oxuyub-oxumamasını müəyyən etmək xeyli çətindir. Vergilər Nazirliyinin bölmə rəisi Şahin Məmmədovun sözlərinə görə, hansısa müğənni dost-tanış toyunda oxumaqlarına görə vergi tutulmasından narazıdırsa, bəyannamə təqdim edildikdə, həqiqətən də pulsuz oxumasını sübuta yetirməlidir. Bir sözlə, bu məsələ araşdırıla bilər. Araşdırmalara görə bir sıra şou-biznes nümayəndələri bu yolla vergidən yayınmağa cəhd edirlər. Yanvar-may aylarının statistikası da bunu sübut edir.