Sosial şəbəkədə biz:

Xaricdən 2,1 manata gətirilən donuz piyini marketdə 18 manata satırlar

Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 647 ton donuz piyi gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə donuz piyinin idxalı 56% və ya 232,6 ton artıb.
Qeyd edək ki, bu il idxal olunan donuz ətinin 1 kiloqramının orta gömrük dəyəri 1,3 dollar (2,1 manat) olub.
Donuz piyi Azərbaycana aşağıdakı ölkələrdən idxal edilib:
Almaniya – 247,9 ton
Danimarka – 227,8 ton
Rusiya – 107,9 ton
İsveç – 48 ,1 ton
Norveç – 15,2 ton
Onu da bildirək ki, xaricdən 2,1 manata idxal edilən donuz piyinin 1 kiloqramı marketlərdə dəfələrlə baha satılır. Məsələn, ölkənin aparıcı marketlərindən olan “Neptun” marketdə donuz piyinin 1 klioqramı 18 manata təqdim edilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol