Sosial şəbəkədə biz:

Dərbəndin yeni başçısı azərbaycanlı oldu

01 May 2025, 01:04
Gündəm

Azərbaycanəsilli Xanlar Paşabəyov Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərinin meri təyin edilib.

Oxu.az "Kommersant" qəzetinə istinadla xəbər verir ki, X.Paşabəyov daha əvvəl Dağıstanın ədliyyə naziri olub.

O bu vəzifədə 2022-ci ildən çalışıb.

Qeyd edək ki, aprelin 30-da Əhməd Quliyev öz istəyi ilə Dərbəndin meri vəzifəsindən istefa verib.