Sosial şəbəkədə biz:

Son 7 ildə Azərbaycanda ana ölümlərinin sayı 71% artıb

Azərbaycanda ötən il hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 29 nəfər olub.
Bu barədə mətbuata Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumat üçün bildirək ki, ana ölümü əvvəlki illə müqasyisədə azalsa da, 2009-cu ildən sonra qeydə alınan ən yüksək ikinci göstəricdir.
Onu da bildirək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ana ölümləri ən aşağı səviyyəyə 2018-ci ildə düşüb. Həmin il ölkədə hamiləlik, doğuş və zahılıq dövründə 17 ana ölüb. 2018-ci illə müqayisədə ötən il ana ölümlərinin sayı 70,6% artıb.
Müqayisə üçün 2018-ci ildən sonra Azərbaycanda qeydə alınan ana ölümlərinin statistikasını təqdim edirik:
2018-ci il – 17;
2019-cu il – 21;
2020-ci il – 20;
2021-ci il – 20;
2022-ci il – 18;
2023-cü il – 33; 
2024-cü il – 29.

Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol