İdmançımız beynəlxalq turnirdə növbəti qələbə qazanıb
Azərbaycan idmançısı Akif Quluzadə "ONE Championship"in aylıq döyüş seriyası "ONE Fight Night" turnirində rinqə çıxıb.
Gənclər və İdman Nazirliyinin məlumatına görə, o bu gecə flayveyt (uçan çəki) kateqoriyasında ABŞ idmançısı Şon Klimakoya qalib gəlib.
19 yaşlı döyüşçümüz "ONE Fight Night"da 4-cü qələbəsini qazanıb və peşəkar rekordunu 19-2-yə çatdırıb.