Sosial şəbəkədə biz:

Azər Badamov “anti-rus” mövqeyinə görə Rusiyaya buraxılmayıb

Azərbaycanlı deputat Azər Badamovun “anti-Rus” mövqeyinə görə Rusiyaya buraxılmadığı iddia olunur.

Bu barədə “RİA Novosti” məlumatlı mənbəyə istinadən xəbər verib.

Qeyd olunub ki, Rusiya ərazisinə girişin qadağan edilməsinə səbəb anti-Rusiya və rusofob xarakterli bəyanatlar olub.

“Rusiya dost ölkələrlə münasibətlərdə “stop-list” praktikasının tərəfdarı deyil. Ölkəyə buraxılmayan deputat Badamova qarşı görülən tədbirlər şəxsi xarakter daşıyır və ikitərəfli münasibətlərə təsir göstərmir”, – agentliyin mənbəsi deyib.

Milli Məclisin deputatı Azər Badamov mayın 4-də Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirmişdi ki, Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir.

“Məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyirik”, – Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol