Sosial şəbəkədə biz:

Qafqaz universiteti Neft Məktəbinin idarəçiliyinə verildi

20 July 2016, 16:27
Gündəm
Bu gün bağlanan Qafqaz universitetinin tələbələrinin taleyinə aydınlıq gətirilib. "Qafqazinfo" xəbər verir ki, SOCAR-ın  vitse-prezidenti Xaliq Məmmədovun sözlərinə görə, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib: "Tələbələr təhsilini olduğu kimi davam etdirəcək, müəllim və pedoqoji heyət də fəaliyyətini davam etdirəcək".