Sosial şəbəkədə biz:

DİN polkovniki Elsevər Hüseynov dünyasını dəyişdi

21 May 2015, 14:26
Gündəm
Azinforum.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis polkovniki, 1964-cü il təvəllüdlü Elsevər Hüseynov vəfat edib. Onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, Elsevər Hüseynov 1986-cı ildə Texniki Universiteti bitirib. Mərhum 1990-cı ildən Daxili İşlər Nazirliyində çalışıb. Bir çox əməliyyatlarda iştirak edib. O, təltif və mükafatlara layiq görülən zabitlərdəndi. Elsəvər Hüseynov əslən Şərur rayonunun Axaməd kəndindən olub. Azinforum.az saytı olaraq mərhumun bütün yaxınları və doğmalarına dərin hüzünlə başsağlığı veririk. Allah rəhmət eləsin!