Sosial şəbəkədə biz:

Nuşirəvan Məhərrəmlidən hüquq-mühafizə orqanlarına - Müraciət

26 July 2016, 09:48
Gündəm
Azərbaycanda qanunsuz fəaliyyət göstərən kabel televiziyaları çoxdur. "Azinforum.az " xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, bir sıra yeni tikilən binalarda daxildə texniki qurğular qoyaraq kabel yayımı ilə məşğul olurlar: “Bu, qanunsuzdur. Bununla bağlı hüquq-mühafizə oqranlarına, Bakı şəhər İcra Hakimiyyətinə bir neçə dəfə müraciət etmişik. Tədricən bu məsələlər həllini tapır, amma çox təəssüf ki, bunların sayı çoxdur. Bu fəaliyyətlər bəzən o qədər gizli şəkildə olur ki, aşkar etmək çətin olur. Bu, bir az çətin məsələdir”. MTRŞ sədri qeyd edib: "Vətəndaşlar fəaliyyətlərini qanunla həyata keçirməlidirlər. Artıq bu istiqamətdə müəyyən irəliləyişləri görürük. Kimin qanuni yayım hüququ varsa, onlarla əməkdaşlıq etsələr həm vətəndaşlar, həm sahibkarlar, həm də dövlətimiz üçün daha xeyirli olar”.