Sosial şəbəkədə biz:

Erməni silahlıları həkimləri girov götürüb

27 July 2016, 12:28
Gündəm
Ermənistan polisi silahlı qruplaşmanın post-patrul xidmətinin ərazsində həkimləri girov götürdüklərini bildirib.
Musavat.com erməni saytlarına istinadən  xəbər verir ki, bu barədə Ermənistan polisinin sözcüsü Aşot Aqaronyan məlumat verib.
Onun sözlərinə görə, axşam PPX  binasında iki yaralının olduğu barədə məlumat gəlib.
Hüquq-mühafizə orqanları kömək etmək istəsələr də rədd  cavabı alıblar. Daha sonra silahlı qrup həkimlərin gəlməsini tələb edib.
Oraya göndərilən hakim briqadası isə silahlı şəxslər tərəfindən girov götürülüb.
Aşot Araqonyan hazırda həkmlərin azad edilməsi üçün danışıqlar aparıldığını bildirib.