Sosial şəbəkədə biz:

Arif Quliyevin arvadı ağır xəstəliyə yoluxdu

28 July 2016, 16:17
Gündəm
Xalq artisti Arif Quliyevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib. Bu barədə Kulis.aza aktyor özü məlumat verib. "  Azinforum.az  " ın kulis.az-a istinadən məlumatına görə, o bildirib ki, xanımı Gülzar Quliyeva Hepatit C virusuna yoluxub: “Yoldaşım hazırda Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər şöbəsində müalicə alır. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər.” Arif Quliyev xanımın müalicəsinin xaricdə davam etdirilməsinin lazım olduğunu deyib: “Amma bu mənim imkanlarım xaricindədir. Mən iki il qabaq sinir xəstəliyinə tutulanda müalicə xərclərini dövlət öz üzərinə götürmüşdü. Allah hökumətimizdən razı olsun. Mən ata-ana qayğısından uzaq olmuşam. Oğlum Fərid dünyasını dəyişəndən sonra Gülzar üçün yaşayıram. Bircə təsəllim onun varlığıdır. O da belə...”