Ən çox şikayət olunan nazirliklər və dövlət komitələri - Siyahı
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi nazirliklərlə bağlı iyul ayı üzrə məlumatları təqdim edir.
2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklərlə əlaqəli 62899 xəbər yerləşdirilib. Bunlardan 60702-si neytral, 335-i mənfi, 1862-si isə müsbət xəbərdir.
Mənfi xəbərlər arasında "liderlər”: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (130 xəbər - nazirlikdə nöqsanlar aşkarlandı), Vergilər Nazirliyi (51 xəbər - Abbas Bağırovdan nazirliklə bağlı prezidentə müraciət), Maliyyə Nazirliyi (51 xəbər - Cahangir Hacıyevin bacısından Samir Şərifova qarşı ittihamlar - prezidentə müraciəti).
Müsbət xəbərlər arasında liderlər: Daxili İşlər Nazirliyi (1041 xəbər - qanunsuzluqlar aşkar edib), Fövqəladə Hallar Nazirliyi (320 xəbər – dənizdə batan şəxs xilas edildi), Kənd Təsərrüfatı Nazirliyi (278 xəbər - Tərtərdə aşkarlanan at cəmdəkləri zərərsizləşdirildi).
Xəbər sayına görə sıralama:
1. Daxili İşlər Nazirliyi 10661 xəbər
2. Müdafiə Nazirliyi 7516 xəbər
3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5909 xəbər
4. Fövqəladə Hallar Nazirliyi 5546 xəbər
5. Səhiyyə Nazirliyi 4071 xəbər
6. Maliyyə Nazirliyi 3332 xəbər
7. Təhsil Nazirliyi 3326 xəbər
8. Ədliyyə Nazirliyi 3057 xəbər
9. Mədəniyyət və Turizm Nazirliyi 2980 xəbər
10. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2581 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 5535 xəbər dərc edilib.Bu xəbərlərdən 5488 xəbər neytral, 47-si isə müsbət xəbərdir.
Yazılı mətbuatda (qəzet və jurnallarda) müsbət xəbərlər arasında lider: Daxili İşlər Nazirliyi (30 xəbər - qanunsuzluqlar aşkar edib),Kənd Təsərrüfatı Nazirliyi (14 xəbər - Meşədə qanunsuz at kəsimi aşkarlanıb), Ədliyyə Nazirliyi (3 xəbər - külli miqdarda zərgərlik məmulatları aşkar edilib).
Xəbər sayına görə sıralama:
- Daxili İşlər Nazirliyi 777 xəbər
- Mədəniyyət və Turizm Nazirliyi 484 xəbər
- Müdafiə Nazirliyi 410 xəbər
- Təhsil Nazirliyi 387 xəbər
- Səhiyyə Nazirliyi 377 xəbər
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi 368 xəbər
- İqtisadiyyat Nazirliyi 355 xəbər
- Maliyyə Nazirliyi 329 xəbər
- Ədliyyə Nazirliyi 326 xəbər
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 320 xəbər
***
Media Təqib Mərkəzi dövlət komitələri iləbağlıiyulayı üzrə məlumatları təqdim edir.
2016-cı iliniyulayında elektron mətbuatda, yəni sayt və portallardakomitələrləəlaqəli 8544 xəbər yerləşdirilib. Bunlardan 259-u mənfi, 698-i müsbət və 7587-si isə neytral xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (85 xəbər -komitə sədri haqqında olan iddialar, ləğv edilməsi iddiası), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (75 xəbər –komitədə ciddi nöqsanlan aşkarlanması, korrupsiya və s.).Müsbət xəbərlərlər isəDövlətGömrük Komitəsi (690 xəbər -gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb)və Dövlət Statistika Komitəsinə(8 xəbər –komitənin əməkdaşlarının təltif olunması) məxsusdur.
Xəbər sayına görə sıralama:
1.Dövlət Statistika Komitəsi 2185 xəbər
2.Dövlət Gömrük Komitəsi 1755 xəbər
3.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 1508 xəbər
4.Əmlak Məsələləri Dövlət Komitəsi 1196 xəbər
5.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 558 xəbər
6.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 491 xəbər
7.Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 348 xəbər
8.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 207 xəbər
9.Diasporla İş üzrə Dövlət Komitəsi 206 xəbər
10.Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 64 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1226 xəbər dərc edilib. Bu xəbərlərdən 1146-sı neytral, 68-i müsbət, 12-si isə mənfi xəbərlərdir.Mənfi xəbərlər arasında liderlər: Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (5 xəbər –komitədə ciddi nöqsanlan aşkarlanması, korrupsiya və s.),Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi(3 xəbər – komitə sədri haqqında olan iddialar, ləğv edilməsi iddiası).Müsbət xəbərlər isə Dövlət Gömrük Komitəsi (65 xəbər -gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb) vəDövlət Statistika Komitəsinə(3 xəbər –komitənin əməkdaşlarının təltif olunması) məxsusdur.
Xəbər sayına görə sıralama:
1.Dövlət Statistika Komitəsi 307 xəbər
2.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 240 xəbər
3.Dövlət Gömrük Komitəsi 220 xəbər
4.Əmlak Məsələləri Dövlət Komitəsi 161 xəbər
5.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 95 xəbər
6.Diasporla İş üzrə Dövlət Komitəsi 68 xəbər
7.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 54 xəbər
8.Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 36 xəbər
9.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 32 xəbər
10.Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 10 xəbər
İyul ayında televiziya kanallarında komitələr haqqında 332 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
1.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 109 xəbər
2.Dövlət Gömrük Komitəsi 87 xəbər
3.Əmlak Məsələləri Dövlət Komitəsi 46 xəbər
4.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 35 xəbər
5.Dövlət Statistika Komitəsi 33 xəbər
6.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 11 xəbər
7.Diasporla İş üzrə Dövlət Komitəsi 6 xəbər
8.Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 5 xəbər
Radio kanallarında iyul ayında bu sektorla əlaqəli 28 xəbər verilib.
Xəbər sayına görə sıralama:
1.Dövlət Gömrük Komitəsi 12 xəbər
2.Dövlət Statistika Komitəsi 5 xəbər
3.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 5 xəbər
4.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2 xəbər
5.Əmlak Məsələləri Dövlət Komitəsi 1 xəbər
6.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 1 xəbər
7.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1 xəbər
8.Diasporla İş üzrə Dövlət Komitəsi 1 xəbər