Sosial şəbəkədə biz:

Bakıda 70 min manata alınan mənzil başqa şəxsə satılıbmış...

04 August 2016, 15:53
Gündəm
Bakının Nərimanov rayonunda özünü MTK sahibi kimi təqdim edən şəxs dələduzluq edib. “Report” xəbər verir ki, rayonun Təbriz küçəsi 63 ünvanında yerləşən “Dağlar” MTK-nın ofisində özünü MTK-nın sahibi kimi təqdim edən Çingiz adlı şəxs Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Elnarə Abdullayevadan 70 min manat alaraq ona mənzil satıb. Sonradan məlum olub ki, həmin mənzil başqa adama da satılıb. Faktla bağlı polis əməkdaşları araşdırma aparır.