Sosial şəbəkədə biz:

Uşağını qonşuya verib qaçan ana tapıldı - Video

05 August 2016, 14:56
Gündəm
Övladını 4 aydır qonşulara verərək geri dönməyən qadın, nəhayət, bu gün üzə çıxıb. O, Sabunçu Rayon Polis İdarəsinə gələrək övladını atmadığını və 4 ayın elə də uzun müddət olmadığını deyir. " Azinforum.az " XezerXeber.com-a istinadən xəbər verir ki, qadın iddia edir ki, əslində o uşağını atmayıb uşağı verdiyi Qənirə İsmayılova onun övladına dayəlik edib. Bunun qarşılığında isə ona hər ay 150 manat pul ödəyib. O həmçinin azyaşlının əsl adının Kənan İskəndərov olduğunu deyir. Sabunçu rayon Polis idarəsindən isə bildirilib ki, uşağın həmin qadının övladı olması barədə sənənd təqdim edildikdən sonra azyaşlı ona təhvil veriləcək.