Sosial şəbəkədə biz:

Ərdoğan: Türkiyə-Rusiya münasibətləri əvvəlki səviyyəyə qayıdacaq

05 August 2016, 22:00
Gündəm
“Ümid edirəm ki, Türkiyə-Rusiya münasibətləri əvvəlki səviyyəyə qayıdacaq”. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüşdən sonra keçirdiyi birgə brifinqdə deyib. Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini deyən Ərdoğan Nazarbayevin Ankara-Moskva münasibətlərinin normallaşması işinə töhfə verdiyini qeyd edib: “Əlaqələrimizdə problemlər olanda, Nazarbayevin Putinlə danışıqları olub. O, münasibətlərimizin bərpası üçün səylər göstərib”. Nazarbayev isə bildirib ki, Qazaxıstanla Türkiyənin Rusiya ilə münasibətlərə baxışları üst-üstə düşür.