Sosial şəbəkədə biz:

Azərbaycanda ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumları artırılıb

06 August 2016, 10:16
Gündəm
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilib. "Report" xəbər verir ki, bu barədə qurumun baş nazir Artur Rasi-zadə tərəfindən imzalanan qərarında bildirilir. Qərara görə, Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilib: - Saflaşdırılmamış mis; elektrolitik saflaşdırma üçün mis anodlar: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla - Mis və sink əsasında ərintilər (latun): 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla - Mis və qalay əsasında ərintilər (tunc): 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla - Digər mis ərintiləri, mis tullantıları və qırıntıları: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla - Saflaşdırılmış misin, mis ərintilərinin: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla - Mis və sink əsasında ərintilər (latun) - 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla - Digərləri - 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 5 il müddətində qüvvədədir.