Sosial şəbəkədə biz:

Olimpiadada seks biabırçılığı

06 August 2016, 10:41
Gündəm
Braziliyada təşkil edilən Olimpiya Oyunlarında mübarizə aparacaq mərakeşli boksçu Hassan Saada saxlanılıb. Belə ki, 22 yaşlı boksçunun çərşənbə günü Olimpiya kəndində çalışan iki qadına seksual xarakterli hərəkətlər etdiyi iddia olunur. Qadınların şikayətinə əsasən, bu gün səhər saatlarında polislər tərəfindən saxlanılan Saadanın istintaq bitənə qədər 15 gün həbsxanada qalacağı bildirilib. Qeyd edək ki, Hassan Saada sabah türk boksçu Mehmet Nadir Ünal ilə qarşılaşacaqdı. Musavat.com