Sosial şəbəkədə biz:

Ötən il 18 yaşına çatmayan neçə qız zərər çəkib?

09 August 2016, 10:57
Gündəm
Ötən il məişət zorakılığı cinayətləri nəticəsində 18 yaşınadək 3 qız zərər çəkib. Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 18 yaşınadək olan 1 qız qəsdən dam öldürmə, 1 qız qəsdən sağlamlığa ağır zərər vurma, 1 qız isə qəsdən sağlamlığı yüngül zərər vurma nəticəsində zərərçəkib. Məişət zorakılığı cinayətləri nəticəsində 18 yaşanıdək zərər çəkən qızların statistikası üzrə ən yüksək göstərici-31 nəfər 2011-ci ildə olub. Belə ki, həmin ildə 18 yaşınadək olan 23 qız döymə nəticəsində zərər çəkib. Lakin 29 iyun 2012-ci il tarixli 405-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 132-ci maddə (döymə) ləğv edildiyindən ondan sonra bu statistika aparılmayıb.