Ərdoğan: “Rusiya-Türkiyə əməkdaşlığı regiondakı bir çox problemin həllinə öz töhfəsini verəcək”
"Rusiya və Türkiyənin əməkdaşlığı regiondakı bir çox problemin həllinə öz töhfəsini verəcək".
Rusiya mətbuatı xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda rusiyalı həmkarı Vladimir Putinlə görüşün əvvəlində bildirib.
R.T.Ərdoğan iyulun 15-də ölkəsində baş verən dövlət çevirilişi cəhdindən sonra Rusiya prezidentinin telefon zənginə şad olduğunu vurğulayıb.