Sosial şəbəkədə biz:

Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşü başa çatıb

09 August 2016, 17:37
Gündəm
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Sankt-Peterburqda keçirilən görüş başa çatıb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, görüş 2 saat davam edib. İki ölkə rəhbərlərinin görüşündən sonra tərəflər geniş tərkibdə ikitərəfli əməkdaşlığı müzakirə etməyə başlayıblar.