Sosial şəbəkədə biz:

Lavrovun Bakıda dili dolaşdı - VİDEO

09 August 2016, 20:42
Gündəm
Rusiyanın XİN rəhbəri Sergey Lavrov Bakıda mətbuat konfransında qondarma “Luqansk respublikası”nı səhvən Laos Respublikası adlandırıb. Oxu.Az xəbər verir ki, müvafiq video RT-nin “YouTube” kanalında rus dilində (0:21 s.) yerləşdirilib. “Donbasda baş verənlər bizi, sözsüz ki narahat edir. Mülki obyektlərin atəşə tutulması hadisələrinin sayı artıb, xəstəxanalar, məktəblər, uşaq bağçaları dağıdılır. Mən hələ Laoss, aman allah... Luqansk xalq-demokratik respublikasının rəhbəri cənab Plotnitskiyə sui-qəsdi demirəm”, - Lavrov deyib. O əlavə edib ki, Moskvanı Ukrayna hərbçilərinin təmas xəttində sayının artması da narahat edir.