Sosial şəbəkədə biz:

Ermənistan və İran arasında vizasız gediş-gəlişə başlanıb

12 August 2016, 09:57
Gündəm
Ermənistan və İran arasında viza rejiminin ləğvinə dair Memorandumun tətbiqinə başlanılıb. APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) prosesə avqustun 11-dən başlanıldığını açıqlayıb. Ermənistan XİN-in məlumatında deyilir ki, Memoranduma əsasən, Ermənistan və İran vətəndaşları digər ölkənin ərazisində vizasız 90 gün qala bilərlər.