Sosial şəbəkədə biz:

Hüquq müdafiəçisi Bəxtiyar Hacıyev 27-ci polis bölməsindədir -skandal

15 August 2016, 14:10
Gündəm
Hüquq müdafiəçisi Bəxtiyar Hacıyev polis zorakılığına məruz qaldığını iddia edib.
Musavat.com xəbər verir ki, o bu barədə özünün facebook səhifəsində xəbər verib: "Dünən mübahisə edib, söyüş söyən yol polisi ilə mübahisə yarandı, yol polisi fiziki güc tətbiq etdi, indi 27-ci polis bölməsinə gedirik. Ya bunlar cəzalanmalıdır, ya da ölkədən getməliyəm. Başqa cür alınmır".
Musavat.com-la əlaqə saxlayan hüquq müdafiəçisi deyib ki, hazırda onu 27-ci polis bölməsinə gətitiblər və sənədləşmə gedir.
Hüquq müdafiəçisi deyib ki, buradan onun məhkəməyə aparılması gözlənilir.